RU

Ölkənin ən ali mükafatı haqda maraqlı FAKTLAR: daha kimlərə verilib? SİYAHI

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Həsənzadənin “Heydər Əliyev” ordeni ilə təltif olunması ictmaiyyətdə maraqla qarşılanıb. Bu mükafat ölkənin ən ali təltiflərindən biri olmaqla, dövlətçiliyin möhkəmləndirilməsi, sosial-iqtisadi, elmi və mədəni inkişaf, ictimai-siyasi həyatın zənginləşdirilməsi, dövlət idarəçiliyi və milli təhlükəsizliyin təmin olunması, eləcə də Azərbaycanın beynəlxalq nüfuzunun artırılması istiqamətində müstəsna xidmətləri olan şəxslərə təqdim edilir.

Orden, bir qayda olaraq, yüksək dövlət və ictimai əhəmiyyət daşıyan, uzunmüddətli və strateji xarakterli fəaliyyətə görə verilir və xüsusi nüfuza malik hesab olunur. İndiyədək müxtəlif sahələrdə mühüm xidmətləri ilə seçilən bir sıra tanınmış şəxslər bu ali təltifə layiq görülüblər.

Təsis edildiyi vaxt “Heydər Əliyev” ordeni ulduzdan, orden zəncirindən və nişandan ibarət olub. 3 fevral 2014-cü il tarixli dəyişikliklərdən sonra ordenə döş nişanı da əlavə edilib.

Ordenin hazırlanmasında 925 əyarlı 533,3 qram gümüş, 999 əyarlı 3,9 qram gümüş, 585 əyarlı 25 qram qızıl, 750 əyarlı 57,4 qram qızıl, 999 əyarlı 6,5 qram qızıl və  müxtəlif karatlıq 447 brilyant daşdan istifadə olunub.

Globalinfo.az indiyədək “Heydər Əliyev” ordeni ilə təltif edilənlərin siyahısını təqdim edir:

Azərbaycan Prezidenti İlham Əliyev

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva

Hacettepe Universitetinin qurucusu, pediatr İhsan Doğramacı

Fransanın keçmiş prezidenti Jak Şirak

SSRİ Xalq artisti Mstislav Rostropoviç

Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko

SSRİ Xalq rəssamı Tahir Salahov

Küveyt Dövlətinin keçmiş Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabah

Polşanın keçmiş prezidenti Lex Kaçinski

Latviyanın sabiq prezidenti Valdis Zatlers

Rumıniyanın keçmiş prezidenti Trayan Besesku

Bolqarıstanın sabiq prezidenti Georgi Pırvanov

Tacikistanın ikinci prezidenti Emoməli Rəhmon

SSRİ Xalq artisti Arif Məlikov

Türkiyənin keçmiş prezidenti Abdullah Gül

Ukraynanın sabiq rəhbəri Viktor Yanukoviç

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Belarus Prezidenti Aleksandr Lukaşenko

SSRİ Xalq artisti Zeynəb Xanlarova

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev

Azərbaycan SSR xalq rəssamı Ömər Eldarov

İtaliya prezidenti Sercio Mattarella

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə

Azərbaycan Respublikasının 6-cı baş naziri Artur Rasizadə

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə

Azərbaycanın Rusiyadakı keçmiş səfiri, deputat Polad Bülbüloğlu

Xalq şairi Nəriman Həsənzadə.

Qeyd edək ki, “Heydər Əliyev” ordeni ilə təltif edilənlərdən ən gənci İlham Əliyev (43 yaşında), ən yaşlısı isə Nəriman Həsənzadə (95 yaşında) olub.

Təltif edilənlərdən 2-si qadındır – Mehriban Əliyeva və Zeynəb Xanlarova.

“Heydər Əliyev” ordeni ilə təltif edilən 28 nəfərdən 12 nəfəri Azərbaycan vətəndaşı, 16 nəfəri isə xarici dövlətlərin vətəndaşlarıdır. 14 nəfər dövlət başçısı olduğu zamanı sözügedən ordenlə təltif edilib.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
20
globalinfo.az

1Источники