RU

Azərbaycanda iki universitetin statusu dəyişdiriləcək

Bu il Azərbaycanda iki ali təhsil müəssisəsi tədqiqat universitetinə çevrilə bilər.

Publika.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov AMEA-nın Ümumi Yığıncağında çıxışı zamanı deyib.

O qeyd edib ki, hazırda texnologiyalar inkişaf edir və Azərbaycanda da bu yöndə inkişaf davam edir.

Nazir müavini bu proseslər çərçivəsində Elm və Təhsil Nazirliyinin qarşısında böyük işlər dayandığını qeyd edib:

"Azərbaycan şagirdləri dünyanın nüfuzlu universitetlərində təhsil alır. Təhsil, elm və istehsalat inteqrasiya edilməlidir. 2024-cü ildən nazirlikdə bu yöndə islahatlara start verildi. Hazırda 15 müəssisə nazirliyin tərkibində fəaliyyət göstərir".

Избранный
31
10
publika.az

10Источники