RU

“Bu, nüvə müharibəsinə səbəb ola bilər” Rusiyadan xəbərdarlıq

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Rusiya-Ukrayna müharibəsi beşinci ilinə daxil olarkən, ABŞ-nin vasitəçiliyi ilə formalaşan atəşkəs ümidləri yerini nüvə ritorikasına verib.

Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) Böyük Britaniya və Fransanın Ukraynaya nüvə silahı verməyi planlaşdırdığı ilə bağlı iddia irəli sürüb.

SVR-nin açıqlamasında bildirilir ki, London və Paris Kiyevə nüvə bombası və ya “çirkli bomba” (radioaktiv maddə tərkibli partlayıcı) verilməsi istiqamətində iş aparır. İddiaya görə, Ukrayna belə silaha sahib olarsa, münaqişəni daha əlverişli şərtlərlə başa çatdıra biləcəyini düşünür. Rusiya tərəfi həmçinin Almaniyanın bu cür planlarda iştirakdan imtina etdiyini qeyd edib.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitry Medvedev sosial şəbəkədə verdiyi açıqlamada bildirib ki, müharibə aparan ölkəyə nüvə silahının verilməsi vəziyyəti kökündən dəyişər. Onun sözlərinə görə, belə hal baş verərsə, Rusiya Ukraynada təhlükə yaradan hədəflərə qarşı, o cümlədən strateji olmayan nüvə silahından istifadə etmək məcburiyyətində qala bilər.

Medvedev əlavə edib ki, zərurət yaranarsa, nüvə silahı bu silahı təmin edən ölkələrə qarşı da tətbiq oluna bilər: “Rusiya bu cür cavab vermək hüququna malikdir. Bu isə birbaşa dünya müharibəsinə aparan yoldur”.

Digər tərəfdən, NATO-nun baş katibi Mark Rutte müharibənin ildönümü münasibətilə açıqlama verərək bildirib ki, Alyans ilk gündən Ukraynanın yanındadır və bundan sonra da dəstəyini davam etdirəcək. O vurğulayıb ki, Ukraynada real sülh təmin olunmadan Avropada həqiqi sülhdən danışmaq mümkün deyil.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
azpolitika.info

1Источники