RU

“Qarabağ” dünya reytinqində 71 ci pillədə qərarlaşıb

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Qarabağ” klubunun dünya reytinqində mövqeyi açıqlanıb.

İdman.Biz xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək olan dövrü əhatə edən siyahını təqdim edib.

Reytinqdə Qurban Qurbanovun komandası 768,75 xal toplayaraq 71-ci mövqedə qərarlaşıb.

Azərbaycanın digər klublarından “Neftçi” 300 xalla 375-ci, “Zirə” 290,5 xalla 399-cu, “Sabah” isə 283,25 xalla 411-ci sırada yer alıb.

Siyahının ilk üçlüyünü İspaniyanın “Real Madrid” klubu (1753 xal), İngiltərənin “Mançester Siti” komandası (1605 xal) və Braziliya təmsilçisi “Flamenqo” (1536 xal) təşkil edir.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
1
2
icma.az

7Источники