RU

Yüksək Liqa: XV tur start götürür

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV tur start götürəcək.

Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Abşeron Olimpiya İdman Kompleksində "Gənclər" və "Ordu" komandaları üz-üzə gələcək.

Digər matç isə Fövqəladə Hallar Nazirliyinin idman zalında "Azərreyl" və "Neftçi" arasında baş tutacaq.

Hər iki görüş saat 17:00-da başlayacaq.

Qeyd edək ki, XV tura fevralın 28-də yekun vurulacaq.

Избранный
4
fanat.az

1Источники