RU

Abdullah Zubir: “İki fərqli oyun keçirdik”

“Nyukasl”a qarşı iki fərqli matç keçirdik”.

Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Abdullah Zubir UEFA-nın rəsmi saytına açıqlamasında deyib.

Fransalı oyunçu UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a qarşı keçirilən cavab oyununu dəyərləndirib: “Düşünürəm ki, iki oyun arasında fərqlər çox idi. Bu komandaya qarşı iki fərqli oyun keçirdik. Amma bu gün daha yaxşı futbol oynamaq və “Qarabağ”ın əsl gücünü göstərmək istəyirdik. Hesab edirəm ki, buna nail olduq. Yaxşı çıxış etməyimiz azarkeşlərimiz üçün çox önəmlidir. Yaxşı oyun nümayiş etdirdik və iki qol vurduq. İlk matçdakı böyükhesablı məğlubiyyətdən sonra bu, önəmli idi. Qarşılaşmaya istədiyimiz kimi başlamasaq da, sonradan toparlana bildik”.

Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” matçı ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib. Tərəflər arasında keçirilən ilk görüşdə də İngiltərə təmsilçisi (6:1) qalib gəldiyindən, “köhlən atlar” Çempionlar Liqasında mübarizəni dayandırıb.

Избранный
18
6
msport.az

7Источники