RU

“İkinci hissə möhtəşəm idi, xüsusilə azarkeşlərimiz üçün” – Abdullah Zubir 

“Qarabağ”ın kapitanı Abdullah Zubir Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl”la cavab oyunu barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı hücumameyilli yarımmüdafiəçi komandasının bu qarşılaşmada yaxşı çıxış etdiyini deyib: 

“Düşünürəm ki, ilk və ikinci oyun iki fərqli matç idi. İlk oyun yaxşı deyildi, amma bu axşam yaxşı futbol göstərmək və əsl “Qarabağ”ı nümayiş etdirmək istəyirdik. Məncə, bunu etdik.

İkinci hissə möhtəşəm idi, xüsusilə azarkeşlərimiz üçün. Yaxşı futbol oynadıq və iki qol vurduq. İlk oyundan sonra bu, vacib idi. Oyuna istədiyimiz kimi başlamadıq, bu asan deyildi, amma bundan sonra həqiqətən çox yaxşı oynadıq”.

Избранный
14
6
idmanxeber.az

7Источники