Venesuela ABŞ-a dünya bazarında satılması üçün 80 milyon barel neft təhvil verib.
“APA-Economics” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Konqresdə çıxışı zamanı bildirib.
“Biz təzəliklə yeni dostumuz və tərəfdaşımız Venesueladan 80 milyon bareldən artıq neft almışıq”, – Donald Tramp vurğulayıb.
O əlavə edib ki, ABŞ-da neft hasilatı sutkada 600 min bareldən çox artıb.