RU

Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.

ABŞ-ın maliyyə nəhəngi Citigroup (Citi) qısa müddətdə misin qiymətilə bağlı optimist mövqeyini qoruduğunu açıqlayıb. Bank yaxın üç ay ərzində misin tonunun 14 min dollar səviyyəsinə yüksələcəyini gözləyir.

Marja xəbər verir ki, Citi qısamüddətli aşağı istiqamətli risklərin məhdud olduğunu vurğulayaraq, həm fiziki, həm də maliyyə bazarlarında güclü “dipdən alışların” qiymətləri dəstəklədiyini bildirib.

Bundan əlavə, Çində qarşıdakı aylarda mövsümi ehtiyat azalmasının davam etməsinin qiymətlərin artmasına təkan verəcəyini qeyd edilib.

2026 üzrə orta qiymət proqnozu dəyişməz qalıb

Citi 2026-cı il üçün misin orta qiyməti üzrə proqnozunu 1 ton üçün 13 min dollar səviyyəsində saxlayıb. Bank hesab edir ki, bu səviyyə qlobal mis bazarında il ərzində ümumilikdə tarazlığı təmin edəcək.

Hesabatda ABŞ ilə İran arasında mümkün nüvə sazişinin əldə olunmasının və ya mövcud gərginliyin qısa müddətdə azalmasının misin qiymətinə müsbət təsir göstərə biləcəyi qeyd olunub.

Избранный
20
marja.az

1Источники