RU

Ağız xərçənginin əlamətləri nələrdir? - AÇIQLAMA

Ağız boşluğu xərçəngi baş və boyun nahiyəsinin ən geniş yayılmış bədxassəli şişlərindən biridir. Xəstəlik ilkin mərhələlərdə çox vaxt simptomsuz keçir və ya digər, daha az təhlükəli xəstəliklərlə qarışdırıla bilən əlamətlərlə özünü göstərir.

Redaktor.az xəbər verir ki, bu barədə gazeta.ru-ya “Meditsina” ASC-nin onkoloq-cərrahı Ruslan Basanov məlumat verib.

Həkimin sözlərinə görə, erkən simptomlar arasında ağız boşluğunda 2-3 həftədən artıq sağalmayan davamlı yara ola bilər. Bu yara ağrılı və ya zəif ağrılı ola bilər. Onun kənarları adətən sərtləşmiş, dibi isə boz örtüklə örtülmüş olur. Selikli qişada yaranan ağ və ya qırmızı ləkələr (leykoplakiya, eritroplakiya) də xərçəngə işarə edə bilər. Xüsusilə qarışıq forma eritroleukoplakiya halların 50-70 faizində xərçəngönü və ya xərçəng xarakterli olur.

Bundan başqa, ağızda yad cisim hissi, selikli qişanın eyni nahiyəsində (məsələn, protez və ya dişin iti kənarı səbəbilə) keçməyən qıcıqlanma da risk əlaməti sayılır. Qıcıqlandırıcı faktor aradan qaldırıldıqdan sonra belə narahatlığın davam etməsi diqqət tələb edir.

Həssaslığın pozulması, dodağın və ya dilin (xüsusilə alt dodağın və ya dilin yan səthinin) keyiməsi, toxumaların strukturunun dəyişməsi (sərtləşmə, qabarmalar), selikli qişanın səbəbsiz qanaması, dişləmənin dəyişməsi və ya diş protezlərinin istifadəsində çətinliklər də ağız boşluğu xərçənginin inkişafından xəbər verə bilər.

Onkoloq vurğulayıb ki, problem ondadır ki, sadalanan əlamətlər çox vaxt stomatit, parodontit, protez travması, kandidoz və ya allergiya ilə səhv salınır. Əsas fərq isə simptomların davametmə müddəti və müalicəyə reaksiyasıdır. Əgər standart müalicə (antibakterial, göbələk əleyhinə və iltihabəleyhinə vasitələr) 2-3 həftə ərzində nəticə vermirsə, dərhal onkoloji müayinədən keçmək lazımdır.

Mütəxəssisin sözlərinə görə, xəstəlik erkən mərhələlərdə (I və II mərhələ) aşkarlandıqda tam sağalma ehtimalı yüksək olur. Həkimə müraciətin gecikdirilməsi isə proqnozun pisləşməsinə səbəb olan əsas amillərdən biridir.

Nuriyyə NATİQQIZI

Избранный
14
1
redaktor.az

2Источники