RU

Başçı tutuldu, işçilər dağıldı - 8 vəzifə boşdur

Balakən rayon İcra Hakimiyyətində məsul vəzifələrin çoxu vakantdır.

Bizim.Media “metbuat.az”a istinadla xəbər verir ki, Rayon İcra Hakimiyyəti başçısının birinici müavini vəzifəsi uzun müddətdir yeni sahibini gözləyir.

Həmçinin Başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsi də vakantdır.

İcra başçısının köməkçisi postuna da bun günə kimi təyinat olmayıb. Prezident İlham Əliyevin Sərəncamı ilə 12 noyabr 2025-ci ildə Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Natiq Ağayev bu günə kimi özünə köməkçi götürməyib.

Balakən Rayon İcra Hakimiyyətində bir neçə sektorun rəhbəri yoxdur. Vakant yerləri təqdim edirik:

-⁠ ⁠Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi, Ərazi-təşkilat məsələləri sektoru - Vakant

-⁠ ⁠Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru, sektor müdiri - Vakant

⁠- ⁠Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsi, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektoru - Vakant

⁠- ⁠İnzibati işlər sektoru, sektor müdiri - baş mühasib - Vakant

-⁠ ⁠Hüquq və kadr məsələləri sektoru, sektor müdiri - Vakant

Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Balakən Rayon İcra Hakimiyyətində DTX-nin keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İslam Rzayev saxlanılıb.

Bizim.Media 

Избранный
13
3
bizim.media

4Источники