RU

Alim Qasımov fabrik açıb? - AÇIQLAMA

Alim Qasımov fabrik açıb? - AÇIQLAMA

Azərbaycanın Xalq artisti Alim Qasımov Bakıda karton-kağız istehsal edən fabrik açması barədə yayılan xəbərlərə aydınlıq gətirib.

AFN.az-ın məlumatına görə, Xalq artisti Pravda.az-a açıqlamasında Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən istehsalat sahəsi ilə bağlı iddiaların reallığı tam əks etdirmədiyini bildirib. O, bu fəaliyyətlə şəxsən özünün deyil, oğlunun uzun illərdir məşğul olduğunu vurğulayıb.

“25 ildir, oğlum bu işlə məşğuldur. Zavod deyəndə ki, köhnə istehsalat yeridir. Bunu kim özündən xəbər düzəldib, hardan çıxıb, bilmirəm. Yazıblar, yazıblar də. Onsuz da yazırlar...” - deyə Alim Qasımov qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl mediada dünyaşöhrətli muğam ustasının biznes sahəsinə addım ataraq karton və kağız emalı fabriki qurması barədə məlumatlar yayılmışdı. Sənətkarın sözlərinə görə, bu müəssisə yeni yaradılmayıb və uzunmüddətli ailə fəaliyyətinin bir hissəsidir.

Избранный
22
7
afn.az

8Источники