RU

“İngilis komandalarına qarşı oynamaq böyük təcrübə oldu”

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Hər oyun bizim üçün böyük təcrübə oldu”.

“Qafqazinfo” xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl” – “Qarabağ” (3:2) matçından sonra jurnalistlərə açıqlamasında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis bildirib ki, pley-off mərhələsindəki oyunlar komanda üçün böyük təcrübə olub:

“Böyük klublara, fərqli oyun sistemində oynayan komandalara qarşı çıxış etdik. İngilis komandalarına qarşı oynamaq böyük təcrübə idi.

İngilis futbolu Avropa futbolundan çox fərqlənir. Belə bir təcrübə ilə komandanı oyuna hazırlamaq bizim üçün önəmli oldu”.

Baş məşqçi gələcək barədə də fikirlərini bölüşüb:

“Futbolçular həm fiziki, həm də psixoloji cəhətdən çox yükləndilər. Qarşıdakı aylarda və illərdə daha nələr edə biləcəyimizi düzgün düşünməliyik. İstərdim ki, gələcəkdə daha yaxşı oyunlar keçirək və mümkün qədər özümüzü daha yaxşı tərəfdən göstərək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
1
2
qafqazinfo.az

10Источники