RU

Sabah hava çiskinli olacaqPROQNOZ

Fevralın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu gecə 3-5°, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə 70-80 % təşkil edəcək. 

 

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə dumanolacaq, şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 4-7°, gündüz 10-15°, dağlarda gecə 0-4°, gündüz 5-10° isti olacaq.

Избранный
75
49
senzor.az

10Источники