RU

“Barselona” Markus Reşford barədə qərarını verdi

“Barselona” Markus Reşfordu birdəfəlik transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu futbolçunun agentləri ilə danışıqlar aparıb və keçid üçün 30 milyon avro ödəməyə hazırdır. Transferin taleyi maliyyə razılaşmasından asılıdır.

İcarə əsasında komandada çıxış edən Reşford cari mövsüm 34 oyunda 10 qol və 10 assist edib.

Избранный
29
idmanxeber.az

1Источники