RU

AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi

Ajans.az xəbər verir ki, Modern.az-a daxil olan cavabda AMEA Rəyasət Heyəti Aparatı Elm və təhsil şöbəsinin əməkdaşı, 1990-cı il təvəllüdlü Aynur Cavanşir qızı Günəşlinin R.Mehdiyevin kadrı olduğu təkzib edilir. Ancaq təkzib mətnini diqqətlə oxuduqda nədənsə fərqli təəssürat yaradır. Açıqlamada bildirilir ki, Aynur Günəşli 11 iyun 2016-cı il tarixdən 30 aprel 2021-ci il tarixədək - 4 ildən çox AMEA Elm Tarixi İnstitutunun Kadrlar şöbəsinin müdiri vəzifəsində çalışıb, “2021-ci ildə isə 4 ay AMEA Rəyasət Heyəti Kadrlar şöbəsində baş mütəxəssis kimi fəaliyyət göstərmişdir”. “Ramiz Mehdiyevin Milli Elmlər Akademiyasının “rəhbəri” olduğu dövrdə - 24 aprel 2021-ci ildən 25 noyabr 2022-ci ilədək AMEA Rəyasət Heyətinin Aparat rəhbərinin köməkçisi vəzifəsini daşımışdır ki, bunun da cəmisi 9 ayı (19 fevral 2022-ci ilədək) həmin mərhələyə aiddir. Tutduğu kiçik vəzifəyə görə o, hər hansı qərar qəbul etmə və ya sosial şəbəkələrdə şişirdilmiş şəkildə deyildiyi kimi, “məxfi sənədlərin hazırlanmasında” iştirak etmək səlahiyyətinə malik olmamışdır”, - cavabda qeyd edilir. Maraqlıdır, niyə Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etməsi dırnaq içərisində verilib? Digər tərəfdən, A.Günəşlinin 2021-ci ilin 30 aprel tarixinə qədər Elm Tarixi İnstitutunda işlədiyi, “2021-ci ildə isə AMEA Rəyasət Heyəti Kadrlar şöbəsində baş mütəxəssis kimi fəaliyyət göstərdiyi”, 2021-ci ilin 24 aprelindən 2022-ci ilin 25 noyabrına qədər AMEA RH Aparat rəhbərinin köməkçisi olduğu və R.Mehdiyevin dövründə cəmi 9 ay işlədiyi vurğulanır. Aləm qarışıb: 30 aprel 2021-ci ilə qədər Elm Tarixi İnstitutunda kadrlar şöbəsinin müdiri olubsa, 24 apreldə - yəni 6 gün əvvəl - AMEA Rəyasət Heyətinin Aparat rəhbərinin köməkçisi vəzifəsinə necə təyin olunub? Həmçinin AMEA açıqlamasında yazır: “2021-ci ildə isə 4 ay AMEA Rəyasət Heyəti Kadrlar şöbəsində baş mütəxəssis kimi fəaliyyət göstərmişdir”. 2021-ci ilin 30 aprelində Elm Tarixi İnstitutunda vəzifəsini başa vurub, cəmi 4 ay AMEA Rəyasət Heyəti Kadrlar şöbəsində baş mütəxəssis olub və 24 aprel 2021-ci ildə Aparat rəhbərinin köməkçisi vəzifəsinə təyin olunub? Burda - yəni AMEA-da nə baş verir? Özünüzü, yoxsa açıqlamanızı oxuyanları ələ salırsınız? Qurduğunuz “tarixi ardıcıllıq”dan xəbəriniz varmı?

AMEA-nın başını itirdiyi bəlli idi, ancaq bu qurumda bu cür cavab hazırlayan “alimlərin” cəmləşdiyini öyrənmək bir ayrı kəşf oldu.

Избранный
16
3
Ajans.az

4Источники