RU

YAP 2 min üzvünü partiyadan qovub

Yeni Azərbaycan Partiyası 2 mindən artıq üzvü partiya sıralarından xaric edib.

Azpost.info bildirir ki, bu barədə Gununsesi.info– nun   YAP-ın Mərkəzi Aparatından əldə etdiyi özəl məlumatda bildirilir.

Məlumata görə, bu qərara səbəb həmin şəxslərin üzvlük haqqını ödəməməsi olub.

Belə ki, xəbərdarlıqlara baxmayaraq, həmin şəxslər son 1 ili  üzvlük haqqını ödəməkdən yayınıb. Buna  görə də partiya rəhbərliyi belə bir qərar qəbul etmək məcburiyyətində qalıb.

Bundan başqa YAP-ın cinayət məsuliyyətinə cəlb olunan şəxslərinin də sayı bəlli olub.

Məlumata görə, hakim partiyanın üzvü olan 174 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan 157 nəfəri barəsində həbs qərarı verilib.

AzPost.az

Избранный
8
3
azpost.info

4Источники