RU

"Fənərbaxça"da zədə böhranı yaşanır

Bakı. Trend:

"Fənərbaxça"da "Kasımpaşa" ilə 1:1 hesablı heç-heçədən sonrazədə böhranı yaşanır.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, sözügedən qarşılaşmanın ilkhissəsində Çağlar Söyüncü və Jayden Osteruolde zədələnərək meydanıtərk etmək məcburiyyətində qalıblar.

Anderson Taliska və qapıçı Ederson görüşü tamamlasalar da,oyunun sonunda hər iki futbolçunun ciddi ağrılarının olduğumüəyyənləşib.

Məlumata görə, Çağlar Söyüncünün 2-3 həftə, Jayden Osteruolde,Ederson Moraes və Anderson Taliskanın isə təxminən 3 həftəmeydanlardan kənarda qalacağı gözlənilir. Heyətdəki digərzədəlilərdən Milan Şkriniarın 4, Edson Alvaresin isə təxminən 6həftəyə heyətə qayıdacağı bildirilir.

Qeyd edək ki, Şkriniar, Osteruolde, Ederson, Taliska və Çağlarmilli komandaların oyunları ilə bağlı yaranacaq fasiləyə qədərkeçiriləcək 6 matçı buraxmalı olacaqlar. Edson Alvaresin isə"Beşiktaş" və ya "Kayserispor"la oyunlara qədər sağalmasıproqnozlaşdırılır.

Məqalədə:
Избранный
7
2
az.trend.az

3Источники