RU

“Niva”nın istehsalının dayandırılacağı tarix məlum oldu

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

"Avtovaz" şirkəti “Niva Legend” (klassik “Niva”) modeli üçün nəqliyyat vasitəsinin tipinin təsdiqi sənədinin müddətini uzadıb.

Avtosfer.az xəbər verir ki, yeni sənəd fevralın 17-də qüvvəyə minib və “Niva Legend”in daha 3 il istehsal edilməsinə və satışına icazə verir. Başqa sözlə, avtomobil azı 2029-cu ilədək ciddi dəyişiklik olmadan konveyerdə qala biləcək.

Doğrudur, bu il maşına bir qədər kosmetik dəyişiklik göslənilir. Avtomobilin optikasının və mühərrikin dəyişdirilməsi plandadır. Ehtimal olunur ki, bu “Niva”ya da “Travel” modelindəki kimi 90 at gücündə 1,8 litrlik mühərrik quraşdırılacaq.

Qeyd edək ki, “Niva Legend” modeli (texniki adı VAZ-2121) 1977-ci ildən istehsal edilir.

Vüqar Yaşaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
avtosfer.az

1Источники