Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı genişləndirilib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
| Sıra №-si | Obyektin adı | Obyektin yerləşdiyi yer | Obyektin balanssaxlayıcısı | Obyektin mühafizəsinin maliyyələşmə mənbəyi | Obyektin mühafizəsini həyata keçirən dövlət qurumu |
| 62-1. | Naxçıvan Modul Elektrik Stansiyası | Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri | “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti | “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti | Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi |
| 62-2. | Biləv Su Elektrik Stansiyasının suqəbuledici qurğusu | Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu | “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti | “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti | Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi |
| 122-1. | Heydər Əliyev Su Anbarı | Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin vəsaiti | Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi |