RU

"Turan Tovuz" "Qəbələ"ni məğlub etdi

"Turan Tovuz" Misli Premyer Liqasının XIV turundan təxirə salınmış oyunda qələbə qazanıb.

"Unikal"ın məlumatına görə, səfərdə "Qəbələ" ilə üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda gerçəkləşən qarşılaşma qonaqların inamlı qalibiyyəti ilə yekunlaşıb - 3:0.

Tovuz təmsilçisinin qollarını 9-cu dəqiqədə Alexandro Serrano, 18-ci dəqiqədə Filip Ozobiç vurub, 47-ci dəqiqədə Seydina Keyta avtoqol müəllifi olub.

Bu nəticədən sonra xallarının sayını 40-a çatdıran "Turan Tovuz" üçüncü pillədəki mövqeyini möhkəmləndirib. "Qəbələ" 15 xalla 10-cu sıradadır.

Избранный
18
1
unikal.az

4Источники