RU

WUF13-də tədbir məkanı "yaşıl enerji" ilə təmin olunacaq - FOTO

24 fevral 2026-cı il tarixində WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə "AzərEnerji" Açıq Səhmdar Cəmiyyəti arasında "AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov tərəfindən əməkdaşlığa dair memorandum imzalanıb.

Trend WUF13 Azərbaycan Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, sənədin imzalanmasında əsas məqsəd WUF13 müddətində tədbir məkanının "yaşıl enerji" ilə təmin olunmasıdır.

Bildirilib ki, bu təşəbbüs tədbirin karbon idarəetməsi və emissiyaların azaldılması üzrə öhdəliklərinin praktik müstəvidə həyata keçirilməsinə xidmət edəcək, eyni zamanda, tədbirin enerji istehlakından yaranan ekoloji təsirin minimuma endirilməsinə imkan yaradacaq.

Vurğulanıb ki, WUF13 çərçivəsində tətbiq olunacaq aşağı karbonlu enerji həlləri irimiqyaslı beynəlxalq tədbirlərin daha ekoloji və dayanıqlı model əsasında təşkilinin mümkünlüyünü nümayiş etdirir. Bununla yanaşı, bu əməkdaşlıq dayanıqlı tədbir idarəçiliyinin milli enerji infrastrukturu ilə səmərəli inteqrasiyasının real və uğurlu nümunəsi kimi çıxış edir.

Məlumata görə, 17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) dayanıqlı şəhərsalma və resursların səmərəli istifadəsi üzrə aparıcı beynəlxalq platformalardan biri olmaqla, innovativ yanaşmaların və praktik həllərin nümayişi üçün mühüm imkan yaradır. Bu çərçivədə "yaşıl enerji" həllərinin tətbiqi tədbirin dayanıqlı təşkili prinsiplərinə uyğun olaraq ekoloji məsuliyyətli yanaşmanı təşviq edir.

Bildirilib ki, bu əməkdaşlıq Azərbaycanın "yaşıl enerji" və dayanıqlı inkişaf sahəsində strateji prioritetlərinə sadiqliyini bir daha təsdiqləyir və ölkənin beynəlxalq tədbirlərin ekoloji cəhətdən məsuliyyətli təşkili istiqamətində artan rolunu və liderliyini daha da möhkəmləndirir.

  • WUF13-də
  • WUF13-də
  • WUF13-də
  • WUF13-də
  • WUF13-də
  • WUF13-də
  • WUF13-də
  • WUF13-də
  • WUF13-də
  • WUF13-də
  • WUF13-də
  • WUF13-də
  • WUF13-də
  • WUF13-də
Избранный
6
16
day.az

10Источники