RU

WUF13 üçün enerji təminatında dayanıqlı model tətbiq ediləcək - FOTOLAR

Bu gün Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) üzrə Azərbaycan Əməliyyat Şirkəti ilə "AzərEnerji" ASC arasında əməkdaşlığa dair memorandum imzalanıb.

SİA WUF13 Azərbaycan Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, memorandum "AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov arasında imzalanıb.

Memorandumun əsas məqsədi WUF13 müddətində tədbir məkanının "yaşıl enerji" ilə təmin edilməsidir. Bu təşəbbüs forumun karbon idarəetməsi və emissiyaların azaldılması üzrə öhdəliklərinin praktik icrasına xidmət edəcək, eyni zamanda enerji istehlakından yaranan ekoloji təsirin minimuma endirilməsinə imkan yaradacaq.

WUF13 çərçivəsində tətbiq olunacaq aşağı karbonlu enerji həlləri irimiqyaslı beynəlxalq tədbirlərin daha ekoloji və dayanıqlı model əsasında təşkilinin mümkünlüyünü nümayiş etdirəcək. Bununla yanaşı, əməkdaşlıq dayanıqlı tədbir idarəçiliyinin milli enerji infrastrukturu ilə səmərəli inteqrasiyasının real nümunəsi kimi qiymətləndirilir.

Mayın 17-22-də Bakıda keçiriləcək WUF13 dayanıqlı şəhərsalma və resurslardan səmərəli istifadə sahəsində aparıcı beynəlxalq platformalardan biri hesab olunur. Forum innovativ yanaşmaların və praktik həllərin təqdimatı üçün mühüm imkan yaradır. Bu kontekstdə "yaşıl enerji" həllərinin tətbiqi tədbirin təşkilində ekoloji məsuliyyət prinsipinin prioritet olduğunu göstərir.

Sözügedən əməkdaşlıq Azərbaycanın "yaşıl enerji" və dayanıqlı inkişaf üzrə strateji hədəflərinə sadiqliyini bir daha təsdiqləməklə yanaşı, ölkənin beynəlxalq tədbirlərin ekoloji baxımdan məsuliyyətli təşkili istiqamətində artan rolunu da önə çıxarır.

Избранный
6
16
sia.az

10Источники