"Fənərbağça" Super Liqanın 23-cü turunda "Kasımpaşa" ilə heç-heçə edib.

Offsideplus.az xəbər verir ki, bu görüşdə "sarı-lacıvərdlilər" xaldan başqa bir çox oyunçusunu itirib.

Bu görüşdə 4 futbolçu birdən sıradan çıxıb: Anderson Taliska, Ederson, Ceyden Ostervolde və Çağlar Söyüncü.

Milan Şkrinyar da "Nottingem Forest"lə matçda zədələnmişdi.

Taliska və Edersonun 2-3 həftə meydanlardan uzaq qalacağı gözlənilir.

Şkrinyarın zədəsi daha ciddidir.

Qeyd edək ki, "Fənərbağça" Super Liqanın növbəti turunda səfərdə "Antalyaspor"la qarşılaşacaq.