Pakistanda polis avtomobilinə hücum olub, 7 nəfər ölüb.
7News.Az "Reuters"ə istinadən xəbər verir ki, hadisə Pakistanın şimal-qərbində, Əfqanıstanla sərhədə yaxın yerləşən Kohat şəhərində baş verib.
Silahlı şəxslər polis avtomobilini pusquya salaraq atəşə tutub, nəticədə 6 polis öldürülüb.
Ölənlərdən biri isə mülki şəxsdir.
Qeyd edilib ki, bu hücum Karak şəhərində baş vermiş dron və silahlı hücum nəticəsində üç hərbçinin öldürülməsindən bir gün sonra baş verib.