RU

"Azərenerji" 11 milyon dəyərində 2 tender elan edir - ŞƏRTLƏR

"Azərenerji" Açıq Tipli Səhmdar Cəmiyyəti (VÖEN – 9900000421) elektrik verilişi xətləri üçün diaqnostika və təhlükəsizlik cihazlarının satın alınması məqsədilə iki böyük açıq tender elan edir.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, birinci tenderin predmeti elektrik verilişi xətlərində online diaqnostika üçün 92 ədəd avadanlığın satınalınmasıdır. Ehtimal olunan qiymət 5 740 472 manat təşkil edir. Təkliflərin son təqdim olunma vaxtı 7 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.

İkinci tender üzrə isə qaçan dalğa metodu ilə elektrik verilişi xətlərində qısaqapanma yerinin təyini üçün 96 ədəd qurğunun satın alınması nəzərdə tutulur. Bu müsabiqənin ehtimal olunan qiyməti 5 990 057 manatdır. Təkliflərin son təqdim olunma vaxtı 8 aprel 2026-cı il müəyyən edilib.

Hər iki müsabiqədə iştirak haqqı 1 500 manat, istifadə haqqı isə 25 manat təşkil edir.

Əlaqələndirici şəxs: Azad Məmmədov - Baş mütəxəssis
[email protected]
+994 12 598 26 96

İddiaçıların tələb olunan sayı: 3

İddiaçılar təkliflərini müvafiq tarixlərə qədər Bakı şəhəri, Akademik Ə.Əlizadə küçəsi, 10 ünvanına təqdim edə bilərlər.

Избранный
5
fed.az

1Источники