RU

Xaçmaz RİH-də əkin mövsümünə hazırlıq üzrə tədbirlər planı müzakirə edilib (FOTO)

Bakı.Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətində qarşıdan gələn yaz əkinmövsümünə hazırlıq və qəhvəyi mərmər bağacığına qarşı mübarizə üzrətədbirlər planının icra vəziyyəti ilə bağlı iclas keçirilib.

Trend xəbər verir ki,tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev,aqrar sahədə çalışan mütəxəssislər, su təsərrüfatına cavabdeh olanşəxslər, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyəsədrləri və fermerlər iştirak ediblər.

İclasda əsas diqqət əkin sahələrində mövcud olan problemlərin, ocümlədən suvarma sistemlərinin vəziyyəti, torpaqlarınmeliorasiyası, gübrə və toxum təchizatı məsələlərinin həllinəyönəldilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qeyd edib ki,Prezident İlham Əliyev aqrar sahəni ölkə iqtisadiyyatının prioritetistiqamətlərindən biri kimi qiymətləndirir və bu sahənin inkişafınadaim xüsusi diqqət yetirir. Dövlət başçısının tapşırıqları əsasındakənd təsərrüfatı istehsalçılarının dəstəklənməsi, müasirtexnologiyaların tətbiqi və ixrac potensialının artırılmasıməqsədilə genişmiqyaslı islahatlar həyata keçirilir. Xaçmazrayonunda da bu istiqamətdə ardıcıl tədbirlər uğurla icraolunur.

Elnur Rzayev bildirib ki, məhsuldarlığın artırılması üçünaqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi,fermerlərlə daimi əlaqənin gücləndirilməsi vacibdir. Həmçinin, yazəkinlərində istifadə olunacaq texnikaların sazlığı yoxlanılmalı,yanacaq-sürtkü materialları ilə təminat təşkil edilməlidir. Əkinsahələrinin və meyvə bağlarının normal suvarılması üçün nəzərdətutulan meliorativ tədbirlər vaxtında icra edilməlidir. İcrabaşçısı bütün qurumları birgə fəaliyyət göstərməyə, mövsümi işlərəmaneə yarada biləcək çatışmazlıqların operativ şəkildə aradanqaldırılmasını tapşırıb.

Digər çıxış edənlər də əkin sahələrinin şumlanması, əkinnövbəliliyinin gözlənilməsi və zərərvericilərə qarşı mübarizətədbirlərinin əvvəlcədən planlaşdırılması zərurətinivurğulayıblar.

İclasda həmçinin qəhvəyi mərmər bağacığına qarşı mübarizə üzrətədbirlər planının icra vəziyyəti, zərərvericinin qışlama dövründəaparılan monitorinqlərin nəticələri, mövsümə uyğun görülən işlər,həmçinin əhali arasında maarifləndirmənin daha da genişləndirilməsiməsələləri müzakirə olunub. Bu sahədə təxirəsalınmaz tədbirlərindavam etdirilməsinin zəruriliyi vurğulanıb.

Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Избранный
23
1
az.trend.az

10Источники