RU

Gənc startapçıların uğuru: Texnikanın təmiri artıq bir toxunuşla mümkün olacaq

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Gəncə, 24 fevral, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri tərəfindən hazırlanan “iFerm” startapı kənd təsərrüfatı sahəsində innovasiya və texnologiyaların inteqrasiyasına yönəlmiş yeni rəqəmsal platforma kimi fermerlərin istifadəsinə veriləcək.

Layihə rəhbəri Vüsal Süleymanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, “iFerm” tətbiqi kənd təsərrüfatı texnikası və avadanlıqlarının təmiri, servis və texniki dəstək xidmətlərini daha operativ və əlçatan formada təqdim etməyi hədəfləyir. Platforma vasitəsilə fermerlər real vaxt rejimində texnikalarının vəziyyətini izləyə, xəritə üzərindən olduqları əraziyə ən yaxın ustaları müəyyənləşdirə, bir neçə addımda təmir və servis sifarişi yarada bilərlər.

“iFerm” yalnız texniki dəstək aləti deyil, eyni zamanda, kənd təsərrüfatında proseslərin daha səmərəli idarə olunmasına imkan verən inteqrativ smart həll platformasıdır. Bu yanaşma fermerlərə vaxt itkisinin qarşısını almağa, resurslardan daha səmərəli istifadə etməyə və məhsuldarlığı artırmağa şərait yaradır,” – deyə gənc startpaçı əlavə edib.

Layihə çərçivəsində texniki nasazlıqlara operativ müdaxilə mexanizmi formalaşdırılıb ki, bu da sahədə yaranan problemlərin minimal vaxt ərzində aradan qaldırılmasına imkan verir. Eyni zamanda, texnikanın işlək vəziyyətinə daimi nəzarət kənd təsərrüfatı əməliyyatlarının fasiləsiz və planlı şəkildə həyata keçirilməsinə xidmət edir.

Qeyd edək ki, layihə hazırda inkişaf mərhələsindədir. Bir sıra regional innovasiya forumlarında təqdim edilən startap investorların da marağını cəlb etməyi bacarıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
8
1
azertag.az

2Источники