RU

Baş zədələri beyində uzunmüddətli dəyişikliklərə səbəb ola bilər tədqiqat

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 24 fevral, AZƏRTAC

Avstraliyada aparılan tədqiqat göstərir ki, travmatik beyin zədələri, o cümlədən beyin silkələnməsi hətta sağlam insanlarda belə uzun müddət sonra beyin funksiyalarında davamlı dəyişikliklərə səbəb ola bilər.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Adelayda Universitetinin tədqiqatçıları bununla bağlı araşdırma aparıblar. Onlar bildiriblər ki, travmatik beyin zədələri keçirən insanlarda nəzarət qrupuna nisbətən daha çox əhval-ruhiyyə problemləri, beyin ağ maddəsində zədələnmə, qoxu itkisi və həzm problemləri müşahidə olunub.

Qeyd edilir ki, bu simptomlar Parkinson xəstəliyi riskini artıra bilər. Tək bir travmatik beyin zədəsi belə Parkinson xəstəliyi riskini 50 faizdən çox artırır. Demensiyaların isə 15 faizi bu zədələrlə bağlıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
2
azertag.az

3Источники