RU

Deputat: Biri günçıxana, biri günbatana ev tikməməlidir

Yazını böyüt
Yazını kiçilt

"İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma və tikinti işləri vahid konsepsiya və təsdiqlənmiş standartlar əsasında aparılmalıdır".

Hafta.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Siyavuş Novruzov səsləndirib.

Deputat bildirib ki, hazırda azad olunmuş ərazilərdə özəl sektor fəal şəkildə fəaliyyət göstərir, yeni müəssisələr yaradılır, insanlar həmin bölgələrdə yaşayır və işləyirlər. Onun sözlərinə görə, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfərləri çərçivəsində mütəmadi olaraq yeni istehsal və xidmət müəssisələrinin açılışında iştirak edir və bununla yeni iş yerlərinin yaradılmasına töhfə verir.

S.Novruzov qeyd edib ki, yaradılan müəssisələrin böyük hissəsi özəl sektorun payına düşür. Sahibkarlar fəaliyyətlərini həm dövlətin təqdim etdiyi kreditlər, həm də şəxsi vəsaitləri hesabına qururlar. Layihələr tender yolu ilə həyata keçirilir və qalib şirkətlər bölgədə iş aparmaq hüququ qazanırlar.

Deputat şəhərsalma məsələsinə xüsusi diqqət çəkərək vurğulayıb ki, tikinti işləri pərakəndə şəkildə deyil, vahid plan əsasında icra olunmalıdır:

“Orada hərə istədiyi kimi – biri günçıxana, biri günbatana ev tikməməlidir. Tikililər müasir infrastruktur tələblərinə və müəyyən edilmiş standartlara uyğun inşa edilir və vətəndaşlara ödənişsiz təqdim olunur. Bu, dövlətin öz vətəndaşına göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir”.

Избранный
34
hafta.az

1Источники