ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 24 fevral, AZƏRTAC
2026-cı ilin yanvar ayında Azərbaycanda mis konsentratı istehsalı 1117,2 ton və ya 6,1 dəfə artaraq 1337,5 ton təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, fevralın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 2839,7 ton və ya 29,8 dəfə artaraq 2938,2 ton olub.
Qeyd edək ki, 2025-ci ilin eyni dövründə mis konsentratı istehsalı 220,3 ton, hazır məhsul ehtiyatı isə 98,5 ton təşkil edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.