RU

“Misir Mərdanov məndən 1,7 milyon alıb”

Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev barəsində çıxarılmış qiyabi həbs hökmündən apellyasiya şikayət verilib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Abdullayevin müdafiəçiləri ittihamları əsassız olduğunu, təqsirləndirilən şəxsin dindirilmədiyini, onun bu ittihamlara münasibətinin öyrənilmədiyini qeyd edib.

Müdafiəçilər Elşad Abdullayev barəsində qiyabi hökmün ləğv edilməsini, ona bəraət verilməsini məhkəmədən xahiş ediblər.

Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və qərar olduğu kimi saxlanılıb.

Maraqlıdır ki, Elşad Abdullayevin cinayət işi materialında sabiq təhsil naziri Misir Mərdanovun da adı çəkilib. O, sabiq nazirin adını bu işdə adı keçən və vaxtilə həbs olunan Bakı Şəhər Icra Hakimiyyətinin keçmiş əməkdaşı Nəriman Ağayevlə söhbətində hallandırıb.

Избранный
24
1
publika.az

3Источники