"Red Bull"un keçmiş rəhbəri Kristian Horner ötən mövsümün ortasında komandadan ayrılması barədə danışıb.
Offsideplus.az xəbər verir ki, o, ayrılığı gözləmədiyini bildirib:
"Avstraliya Qran-prisindən sonra Silverstouna gəldik, Maks Ferstappen poul qazansa da, yarışı 5-ci yerdə bitirdi. 24 saat sonra Londonda bir görüşə çağırıldım və mənə bildirildi ki, həmin andan etibarən artıq "Red Bull"un "Formula-1" komandasının rəhbərliyində təmsil olunmuram.
Hər şey gözlənilmədən baş verdi. Hətta layiqincə sağollaşmaq imkanım belə olmadı. Heç vaxt belə bir vəziyyətə düşəcəyimi düşünməmişdim.
Mənim üçün dəyərli olan bir şeyi əlimdən aldılar və bu, mənim seçimim deyildi. Mən hər zaman əlimdən gələnin ən yaxşısını etmişəm. Komandam üçün, təmsil etdiyim insanlar üçün mümkün olan hər şeyi etdim, lakin həmin il nəticələr əvvəlki qədər güclü deyildi".