RU

Ukraynaya müharibədən sonra neçə milyard lazımdır?

Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqının birgə hazırladığı hesabatda Ukraynanın müharibədən sonrakı bərpası üçün 588 milyard dollardan artıq vəsaitə ehtiyac olduğu bildirilib.

NOCOMMENT.az xəbər verir ki, hesabata əsasən, 10 il ərzində əsas sahələr üzrə böyük investisiyalar tələb olunacaq.

Nəqliyyat infrastrukturunun bərpasına təxminən 96 milyard dollar, enerji sektoruna 91 milyard dollar, mənzil fondunun yenilənməsinə isə 90 milyard dollar xərclənməsi nəzərdə tutulur.

Sənəddə Ukraynaya dəyən birbaşa maddi ziyanın artıq 195 milyard dolları keçdiyi qeyd olunur.

Sara
NOCOMMENT.az

Избранный
9
nocomment.az

1Источники