RU

Belarus 2030 dan 92 oktanlı benzinin istehsalını dayandıra bilər

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Belarusda ötən əsrin 60-cı illlərindən etibarən neft və qaz çıxarılsa da, hasilat zəif idi. İstehsal daxili tələbatı ödəmədiyi üçün neft məhsulları digər sosialist respublikalarından idxal edilirdi. Lakin müstəqillikdən sonra vəziyyət dəyişdi.

Avtosfer.az xəbər verir ki, 2006-cı ildə Prezident Aleksandr Lukaşenkonun sərəncamı ilə “Belarusneft” dövlət şirkəti yaradılır və şirkət bütün neft hasilatı və emalına nəzarəti həyata keçirir. Yerli hasilat az olduğundan başlıca olaraq xam neft Rusiyadan alınır.

Belarus uzun illərdir MDB və Avropada keyfiyyətli benzin istehsalı ilə tanınır. Doğrudur, ruslar bir neçə dəfə keyfiyyətsiz neft ötürərək zavoda milyonlarla ziyan vursalar da, son nəticədə istehlakçı bunu hiss etməyib. Bura qədəri öz yerində. 

Bu gün Belarusda 92, 95, 98 və 100 oktanlı benzinlər istehsal edilir. İşin maraqlı tərəfi 92  oktanlı benzinə marağın azalmasıdır. Minsk vilayətində istehlak edilən benzinin 80 faizdən çoxu 95 və daha yuxarı oktanlıdır. İstehsalçılar bunu avtoparkın sürətlə yenilənməsi ilə izah edirlər. Hətta 2030-cu ildən etibarən 92 oktanlı benzinin istehsalının dayandırılması müzakirə olunur. 

“Belarusneft”in bir vəzifəsi də elektromobilər üçün doldurma qurğularının quraşdırılmasıdır. 51 000 elektromobil olan ölkədə 2100 doldurma yeri mövcuddur. 2030-cu ilədək şirkət azı 16 min doldurma məntəqəsi açmalıdır.

Vüqar Yaşaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
avtosfer.az

1Источники