RU

“Pozitiv heç nə görmürəm” - “Səbail” azarkeşləri ümidsizdi

Ötən mövsümün sonunda elitadan 1-ci liqaya yuvarlananda “Səbail”in “Qəbələ”, “Şamaxı” kimi çempion qayıdacağı təxmin edilirdi. Lakin heç də belə deyil. “Dənizçilər” hazırda 26 xalla 4-cü pillədədi. Pley-offda oynamaq üçün 2-ci olmalıdılar, bu pillədə qərarlaşan “Baku Sportinq”dən 6 xal geridədilər.
Komandada daxili gərginlik də var. Adil Şükürovla münaqişə yaşayan kapitan Yusif Nəbiyevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi.

İndiki durumla bağlı “Dənizçilər” fanklubunun rəhbəri Atif Rüstəmzadə ilə əlaqə saxladıq:
“Mənim indi nəsə deməyimin önəmi yoxdu. Pozitiv heç nə görmürəm. “Baku Sportinq”lə oyundan sonra hər şey bəlli olacaq. Bu gedişlə elitaya yüksəlmək çətin görünür”.


Xatırladaq ki, “Baku Sportinq”lə qarşılaşma bu gün saat 17.00-da başlayacaq.

MÜZƏFFƏR QULUZADƏ
Избранный
6
1
football-plus.az

2Источники