RU

Azərbaycan güləşçiləri “Muhamet Malo” turnirində mübarizə aparacaqlar

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 fevral, AZƏRTAC

Sabah Albaniyanın paytaxtı Tiranada “Muhamet Malo” turnirinə start veriləcək.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ilin ikinci reytinq yarışında ölkəmizi sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz təmsil edəcək.

Turnirə sərbəst güləşçilər start verəcək. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kiloqram), Rəşid Babazadə (65 kiloqram), Turan Bayramov, Kənan Heybətov (hər ikisi 74 kiloqram), Cəbrayıl Hacıyev (79 kiloqram), Arseniy Djioyev (86 kiloqram), Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) xalça üzərinə çıxacaq.

Yarışın son günlərində isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Baş məşqçi Məhəmməd Bəna, məşqçilər Rövşən Bayramov, Rəsul Cəzini və Sabah Şəriətinin rəhbərliyi altında Hikmət Haqverdiyev, Rəşad Məmmədov (hər ikisi 55 kiloqram), Nihat Məmmədli, Nihad Quluzadə (hər ikisi 60 kiloqram), Sakit Quliyev, Ziya Babaşov, Murad Məmmədov (hamısı 63 kilqram), Məhəmməd Şükürzadə (67 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Davud Məmmədov (77 kiloqram), Tuncay Vəzirzadə (82 kiloqram), İslam Abbasov, Laçın Vəliyev (hər ikisi 87 kiloqram), Murad Əhmədiyev, Məhəmməd Əhmədiyev, Arif Niftullayev (hamısı 97 kiloqram), Beka Kandelaki və Sərxan Məmmədov (hər ikisi 130 kiloqram) Tiranada çıxış edəcək.

Görüşlər hər gün Bakı vaxtı ilə 13:30-da start götürəcək. Medallar uğrunda qarşılaşmalar isə 21:00-da başlayacaq.

Reytinq turnirində I-S dərəcəli hakim Asif Şirəliyev ədaləti qoruyacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
9
azertag.az

10Источники