RU

MPL: Qəbələ Turan Tovuz la üz üzə

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında bir oyun baş tutacaq.

Fanat.Az xəbər verir ki, XIV turdan təxirə salınmış “Qəbələ” – “Turan Tovuz” oyunu keçiriləcək.

Qəbələ şəhər stadionunda təşkil olunacaq oyun saat 15:00-da başlayacaq.

Xatırladaq ki, 2025-ci il dekabrın 8-də keçirilməli olan oyun 24-cü dəqiqədə qatı duman səbəbindən yarımçıq dayandırılaraq təxirə salınıb. Ancaq PFL qarşılaşmanın yeni oyun kimi keçirilməsinə qərar verib. Başqa sözlə, oyun qaldığı yerdən davam etdirilməyəcək.

Misli Premyer Liqası

XIV turun oyunu

24 fevral

15:00. Qəbələ - Turan Tovuz

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov. 

VAR: Əliyar Ağayev,  Zeynal Zeynalov. 

Hakim-inspektor: Babək Quliyev. 

AFFA nümayəndəsi: İlham Əliyev. 

Qəbələ. Şəhər stadionu.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
fanat.az

1Источники