RU

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında qeydiyyatdan keçən rezidentlərin sayı açıqlanıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 24 fevral, AZƏRTAC

Azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarında da uğurlu nəticələr əldə edilib. Belə ki, Ağdam Sənaye Parkı qısa müddətdə regional iqtisadi mərkəzə çevrilib. Burada 32 rezident və 5 qeyri-rezident qeydiyyatdan keçib, 145,8 milyon manat investisiya yatırılıb və 1000-ə yaxın daimi iş yeri yaradılıb. Rezidentlərin sayına görə park artıq ölkədə ikinci yerdədir.

AZƏRTAC xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun 2025-ci ildə fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, burada işə qəbul zamanı yerli əhaliyə üstünlük verilir.

“Hazırda Ağdam Sənaye Parkında 13 müəssisə fəaliyyət göstərir. Parkda istehsal edilən məhsullar daxili bazarda satılmaqla yanaşı, həm də ixrac edilir. Sənaye parkında sahibkarlar tərəfindən 1,4 milyard manatlıq məhsul satışı həyata keçirilmişdir ki, bunun da 62,3 milyon manatlıq hissəsi ixrac olunub. Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında isə 19 rezident və 3 qeyri-rezident qeydiyyatdan keçib. Parkda 43,8 milyon manatdan çox investisiya yatırılıb və 100-ə yaxın iş yeri yaradılıb. Bununla yanaşı, Mingəçevir, Qaradağ, Pirallahı və Hacıqabul sənaye parklarında, eləcə də Neftçala, Sabirabad və Masallı sənaye məhəllələrində istehsalın genişləndirilməsi və yeni layihələrin icrası davam etdirilir. 2024-cü ilin sonunda yaradılmış Naxçıvan Sənaye Parkı və 2026-cı ildə təsis edilmiş Qərb Sənaye Parkında da hazırda zəruri infrastrukturun qurulması istiqamətində işlər aparılır.

Ümumilikdə, yaradılan sənaye infrastrukturu regionlarda sahibkarlığın inkişafına, sənaye potensialının balanslı şəkildə formalaşdırılmasına və iqtisadi aktivliyin genişlənməsinə xidmət edir”, - deyə o vurğulayıb.

İZİA sədri əlavə edib ki, sənaye zonalarında 2025-ci ildə 25 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident statusu alıb. 14 yeni müəssisə fəaliyyətə başlayıb: “Bu müəssisələr tərəfindən 136 milyon manat investisiya yatırılıb və 1100 daimi iş yeri yaradılıb. Həmçinin, sənaye parklarında tətbiq edilən vergi və gömrük güzəştləri nəticəsində rezidentlər ötən il 42 milyon manatdan artıq vəsaitə qənaət ediblər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
4
azertag.az

5Источники