RU

Müdafiə nazirləri Ermənistan-İran hərbi əməkdaşlığının səviyyəsini yüksək qiymətləndirib

Ermənistanın müdafiə naziri Suren Papikyan Tehrana səfəri çərçivəsində İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadə ilə görüşüb.

APA Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, nazirlər müdafiə sahəsində Ermənistan-İran əməkdaşlığının səviyyəsini yüksək qiymətləndirib.

Papikyan və Nəsirzadə qarşılıqlı fəaliyyətlərlə bağlı bir sıra məsələləri müzakirə ediblər, həmçinin regional və beynəlxalq təhlükəsizliklə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Избранный
16
3
apa.az

4Источники