Ermənistanın müdafiə naziri Suren Papikyan Tehrana səfəri çərçivəsində İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadə ilə görüşüb.
Herbiand.az xəbər verir ki, nazirlər müdafiə sahəsində Ermənistan-İran əməkdaşlığının səviyyəsini yüksək qiymətləndirib.
Papikyan və Nəsirzadə qarşılıqlı fəaliyyətlərlə bağlı bəzi məsələləri müzakirə ediblər, həmçinin regional və beynəlxalq təhlükəsizliklə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.