RU

Nəqliyyat vasitələrinin duracaqda saxlanılmasına görə qaydalar belə olacaq

BAKI, 24 fevral. TELEQRAF

Nəqliyyat vasitəsinin mühafizə olunan duracaqda saxlanılmasına görə haqqın hansı vaxtdan hesablanacağı müəyyənləşir.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Məsələ “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqq nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayacaq.

Qeyd edək ki, Tarif Şurasının 12 aprel 2006-cı il tarixli Qərarına əsasən, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlara nəqliyyat vasitələrinin təxliyə avtomobilləri vasitəsilə gətirilməsi və orada mühafizə olunaraq saxlanılması xidmətlərinin aşağıda göstərilən tarifləri təsdiq edilib.

Məsələ müzakirəyə çıxarılaraq qəbul edilib.

Избранный
14
1
teleqraf.com

2Источники