RU

2015-2025-ci illərdə sənaye zonalarında dəyəri 19 milyard manatdan çox məhsul satışı həyata keçirilib

Bakı, 24 fevral, V.Qurbanoğlu, foto Orxan Kərimov, operator Mir Rəsul Cəfərov, AZƏRTAC

2015-2025-ci illərdə sənaye zonalarında ümumi dəyəri 19 milyard manatdan artıq məhsul satışı həyata keçirilib ki, bunun da 6 milyard manatdan artıq hissəsi ixrac edilib. Artıq bu rəqəmlər sənaye zonalarının formalaşmış və dayanıqlı bir sənaye mühitinə çevrildiyinin göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.

Onun sözlərinə görə, iqtisadi zonalarda xarici sərmayənin payı illər üzrə əhəmiyyətli dərəcədə artıb.

“Əgər 2016-cı ildə cəmi 10,4 milyon xarici investisiya cəlb olunmuşdusa, yalnız 2025-ci ildə bu rəqəm 87,9 milyon manat səviyyəsinə çatıb. Bu rəqəmlər iqtisadi zonalarımızın beynəlxalq investorlar üçün cəlbediciliyinin davamlı olaraq artdığını aydın şəkildə göstərir. Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Sənaye Parkında hazırda 40 rezident qeydiyyatdan keçib. 2025-ci ildə Sumqayıt Sənaye Parkında 2,2 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 1,1 milyard manatı ixracın payına düşüb. Bu göstəricilər parkın ümumi sənaye nəticələrində və qeyri-neft ixracında aparıcı rolunu aydın şəkildə göstərir”, - deyə o vurğulayıb.

Избранный
20
4
azertag.az

10Источники