RU

Azərbaycanın sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70 dən çox ölkəsinə ixrac olunur

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"2025-ci ildə sənaye zonalarında ümumilikdə 4 milyard manata yaxın məhsul satışı həyata keçirilib".

Oxu.Az xəbər verir ki, bu fikirləri İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, bunun da 1.2 milyard manatı ixracın payına düşüb:

"Ötən illə müqayisədə istehsal 21.1 faiz, ixrac isə 13.4 faiz artıb. Bu gün sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac olunur.

Bütün bunların nəticəsi olaraq, ötən il qeyri-neft sənaye məhsullarının istehsalında sənaye zonalarının payı 19.1 faiz, qeyri-neft ixracında isə 33.9 faiz təşkil edib. Bu göstəricilər sənaye zonalarının qeyri-neft iqtisadiyyatında əsas dayaqlardan birinə çevrildiyini göstərir".

Daha çox şəkil burada: PhotoStock.Az

Məlik Məlikov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
34
oxu.az

1Источники