
Qısa müddət ərzində baş redaktor kimi birbaşa telefon zəngi edərək açıqlama aldığımız dövlət məmurları:
Əgər Azərbaycan mediası müstəqil deyilsə, mənim və mənim kimi digər həmkarlarım necə belə yüksək ranqlı məmurlara zəng edərək istənilən açıqlamanı ala bilir, hadisələrə münasibət öyrənə bilir...Müstəqil, azad olmaq kiminsə ailə üzvlərini təhqir etməkdirmi? Sizcə, xarici ölkələrdə mənzillənib, anti-Azərbaycan dairələrin, düşmən mövqedə olan lobbi qruplaşmalarının, təşkilatların və dövlətlərin pulları və qrantları ilə maliyyələşənlər həqiqətən müstəqil və azad ola bilərlərmi?Dünya təcrübəsi göstərir ki, bu, sadəcə, mümkünsüzdür. Necə ola bilər ki, xarici dövlətlərin və ya lobbilərin pulları ilə maliyyələşənlər müstəqil olur? Bu torpaqlarda böyüyən, bu torpaqların çörəyini yeyən, suyunu içən və dövlətinin maraqlarını qoruyan media müstəqil olmur?
Qlobal media şirkətləri böyük holdinqlərin özəl mülkiyyətidir və sahiblərinin iqtisadi və siyasi maraqlarını qorumaq üçün təsis olunur. Günümüzün acı reallığı budur. İndi “müstəqil” və “qeyri-müstəqil” ittihamları da, təəssüf ki, siyasi mübarizə alətinə çevrilib. Alətə çevrilən media isə müstəqil ola bilməz.Özlərini “azad” kimi qələmə verənlərin çoxu siyasi bloqerlərdir. Onlar “siyasi mühacir” statuslarını bir qədər də möhkəmləndirmək üçün ölkələrinə qarşı “barıtı bir az da çox” edirlər, söyüşlərə görə deyil, guya “siyasi baxışlarına” görə təqib olunduqları görüntüsünü yaratmağa çalışırlar.
Özünü “müstəqil” elan edən bu ünsürlər Vətən müharibəsi zamanı milli birlik nümayiş etdirmək, Azərbaycan ordusuna dəstək göstərmək əvəzinə neqativ materiallar yayımlayırdılar. Budur müstəqil media? Budur xalqı və milləti “sevmək”? Budur vətənə bağlılıq?Belələri əksər hallarda oturduqları və ya qonşu ölkələrin xüsusi xidmət orqanlarının diqqət mərkəzində olurlar. Xüsusilə də Azərbaycana qarşı təzyiqlərin artırılmasına ehtiyac yarananda bu “maşınlar” işə düşür, onlara kənardan “faktlar” ötürülür.İndi hər şeyin alınıb-satıldığı nimdaş Avropada və Amerikada heç kim heç kimə elə-belə pul vermir. Əgər verirsə, deməli, təmənnası var.
Son günlər Azərbaycana və onun mühüm şəxslərinə qarşı artan kiberhücumların arxasında da həmin ölkələrin Azərbaycanda baş tutmayan geosiyasi planlarının uğursuzluğu dayanır. İşin kökü sadəcə budur.Əli VəliyevManset.az xəbər portalının baş redaktoru