RU

Nazirlikdən şagirdlərə XOŞ XƏBƏR

“Azərbaycanda 2900-dən çox məktəbdə genişzolaqlı internetdən istifadə olunur”.

KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda media nümayəndələri üçün brifinqdə deyib.

Onun sözlərinə görə, məktəblər hər il 40-50 min kompüterlə təmin olunur.

V.Xanlarov bildirib ki, 2026-cı ilin sonunda kompüter və şagird nisbətinin 1:6-ya çatdırılması planlaşdırılır.

O qeyd edib ki, hazırda şagirdlərin 82 faizi genişzolaqlı, 18 faizi isə digər internet vasitələri ilə əhatə olunur.

Избранный
15
1
konkret.az

2Источники