RU

"Qəbələ" - "Turan Tovuz" oyununun hakimləri açıqlandı

Misli premyer-liqasının 14-cü turundan təxirə salınmış "Qəbələ" - "Turan Tovuz" oyununun təyinatları açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, bu gün baş tutacaq matçın baş hakimi Cavid Cəlilov olacaq.

Ona Kamran Bayramov və Müslüm Əliyev kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Əkbər Əhmədov yerinə yetirəcək.

VAR hakimi FİFA referisi Əliyar Ağayev, onun köməkçisi isə Zeynal Zeynalov olacaq.

Oyun bu gün Qəbələ şəhər stadionunda, saat 15.00-da start götürəcək.

Избранный
8
5
football-plus.az

7Источники