RU

Britaniya su sahəsində Azərbaycanla əməkdaşlığa hazırdır - Səfirliyin nümayəndəsi

Bakı. Trend:

Böyük Britaniya su sahəsində Azərbaycanla əməkdaşlıq etməyəhazırdır.

Trend xəbər verirki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyininnümayəndəsi Elvin Raziyev bu gün Bakıda keçirilən “Azərbaycanda sutəhlükəsizliyi: tənzimləmə, risklər və məsuliyyətli biznesfəaliyyəti” mövzusunda dəyirmi masada çıxışında deyib.

“Olkələrimizin hər ikisi oxşar su problemləri ilə üzləşir:aşınmış infrastruktur, artan tələbat, daşqın riskləri və suyuntəmizlənməsi sistemlərinin modernləşdirilməsi zərurəti. Bu ortaqçağırışlar əməkdaşlıq üçün real imkanlar yaradır. Böyük Britaniyaekspertiza, innovasiyalar və konkret layihələrinmaliyyələşdirilməsi vasitəsilə su sektorunda Azərbaycanla işləməyəhazırdır”,- deyə o bildirib.

Raziyev qeyd edib ki, Böyük Britaniya ilə Azərbaycan arasındamünasibətlər hazırda tarixinin ən güclü mərhələsini yaşayır. Ötənil tərəflər əməkdaşlığın enerji, əlaqəlilik, infrastruktur vəinnovasiya sahələrində genişləndirilməsinə xüsusi diqqətyetirilməklə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinəyüksəldilməsi barədə razılığa gəliblər. Onun sözlərinə görə, susektoru da əməkdaşlıq üçün real potensiala malik sahələrdənbiridir.

Məqalədə:
Избранный
23
az.trend.az

1Источники