Bu gün İsfahan əyalətinin Dorçe bölgəsindəki meyvə-tərəvəz bazarında orduya məxsus helikopter qəzaya uğrayıb.
Məlumata görə, hadisə yerinə dərhal xilasetmə qüvvələri cəlb olunub. Onların yanğını nəzarətdə saxladığı bildirilib.
Hələlik qəzanın səbəbləri açıqlanmayıb.