RU

Türkiyədə terror təbliğatı aparanlara qarşı əməliyyat keçirilib - saxlanılanlar var

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində İŞİD-ə qarşı keçirilən əməliyyatzamanı təşkilatın cari təbliğat fəaliyyətlərini həyata keçirən vəsosial şəbəkə kanalları vasitəsilə təşkilat təbliğatı apardıqlarımüəyyən edilən 11 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Trend bu barədəTürkiyə KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, İstanbul Baş Polis İdarəsinin Terrorla Mübarizə(TEM) Şöbəsi və Kəşfiyyat Şöbəsinə bağlı bölmələr İŞİD-in ölkədaxilindəki fəaliyyətinə qarşı yeni əməliyyat tədbirləri həyatakeçirib.

Prokurorluğun göstərişi əsasında qlobal terror təşkilatına qarşıaparılan araşdırmalar çərçivəsində sözügedən təşkilatla əlaqələrimüəyyən edilən və İŞİD-lə əlaqəli fəaliyyət göstərərək sosialşəbəkələr vasitəsilə təşkilatın təbliğatını apardıqları müəyyənedilən şəxsləri izləyən polis əməliyyat keçirmək qərarı verib.

Təşkilat tərəfdarlarına qarşı aparılan texniki və fizikimüşahidələrdən sonra bu səhər bir neçə ünvana eyni vaxtda reydtəşkil olunub. Xüsusi təyinatlı dəstələrin iştirakı ilə keçirilənəməliyyat zamanı 11 şübhəli saxlanılıb.

Şübhəlilərin yaşadıqları ünvanlarda aparılan axtarışlar zamanıonlara məxsus mobil telefonlar, kompüterlər, xarici yaddaşqurğuları və USB daşıyıcılar daxil olmaqla, bütün texnolojiavadanlıqlar müsadirə edilib. Saxlanılan İŞİD şübhəliləridindirilmək üçün Terrorla Mübarizə Şöbəsinə aparılıb.

Məqalədə:
Избранный
13
az.trend.az

1Источники